Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azərbaycana gəlib

Bakı. 4 may. REPORT.AZ/ Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Tuqelbay Kazakov Azərbaycana gəlib.

Qırğızıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir rəsmi açılışı mayın 5-də Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.

Naziri qurumun beynəlxalq əməkdaşlıq bölməsinin rəhbəri və digər əməkdaşları müşayiət edir. Səfər zamanı T.Kazakov həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Digər xəbərlər