Bakı. 2 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Vaqif Qulam oğlu Behbudovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, o, Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.