"Koroğlu" operasının yenidən səhnələşdirilməsi planlaşdırılır 

Üzeyir Hacıbəylinin "Koroğlu" operasının 2023-cü ildə yenidən səhnələşdirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, operanın premyerasında türk dünyasından nümayəndələrin, sənətçilərin iştirakı planlaşdırılır.

Digər xəbərlər