Gədəbəydə “Şuşa Bəyannaməsi” adlı yeni şeir kitabının təqdimatı keçirilib

Gədəbəydə şair Gəray Göyyurdun “Şuşa Bəyannaməsi” adlı yeni şeir kitabının təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbir Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH), Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Gədəbəy rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə Aşıq Məktəbində baş tutub.

Kitabda Azərbaycan Ordusuna və İkinci Qarabağ müharibəsi şəhidlərinə həsr edilmiş şeir və poemalar toplanıb.

Digər xəbərlər