Bu il ərzində arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş artefaktlar Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) nümayiş olunub.
"Report" xəbər verir ki, sərgidə 500-ə yaxın nümunə təqdim edilib.
Bildirilib ki, artefaktlar Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla Azərbaycanın bütün bölgələri üzrə aparılmış qazıntılar zamanı aşkarlanıb.
Qeyd edilib ki, sərgidə nümayiş olunan ən qədim tapıntı (Xocavənd Tağlar) Daş dövrünün Mustye mədəniyyətinə (Orta Paleolit) aiddir.