Belarusun mədəniyyət nazirinin müavini Azərbaycana səfər edəcək

Bakı. 25 aprel. REPORT.AZ/ Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Belarusun Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Məlumata görə, V.Çernik mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək, eləcə də Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Digər xəbərlər