Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 21-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Latviya caz triosunun konserti olacaq.
Latviyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, konsert Latviyanın Avropa Birliyi Şurasında sədrliyinin başlamasına həsr edilib.
Konsertdə Yolant Qulbe-Paşkeviç, Deniss Paşkeviç və Hans Antehed caz triosu çıxış edəcək.