Prezident İlham Əliyev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, məqsəd Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirməkdir.
Sərəncamda Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.