Səudiyyə Ərəbistanının Bakıdakı səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Milli Kitabxanasında olub.
Bu barədə “Report”a diplomatik missiyadan məlumat verilib.
Diplomat kitabxananın direktoru professor Kərim Tahirovla görüşüb.
"Milli kitabxanaya səfər gözəl təcrübə oldu. Biz kitabxana sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - səfir qeyd edib.