"Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqəyə təqdim olunan eskizlər komissiya tərəfindən qiymətləndirilmə mərhələsindədir".
"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müsabiqə 2 mərhələdən ibarət olub: "Hər iki mərhələ artıq yekunlaşıb. Hazırda eskiz və layihələr bizim müstəqil ekspertlərimiz tərəfindən yoxlanılır. Komissiya sözügedən layihələrə baxışı və qiymətləndirməni yekunlaşdıran kimi nəticələr və qaliblər barədə ictimaiyyətə məlumat veriləcək".