Mədəniyyət naziri Adil Kərimlinin Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi müəyyənləşib.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbul iyulun 17-də, saat 08:30-da "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsinin Mənzil-kommunal və təmir xidmətində baş tutacaq.