​Kiyev meri fəvvarədə çimib - VİDEO

Bakı. 31 Avqust. REPORT.AZ/ Kiyev meri Vitali Kliçko şəhərin mərkəzində piyadalar üçün nəzərdə tutulan istirahət zonasının açılışı zamanı fəvvarədə çimib.

“Report” xəbər verir ki, bu, merin açılışda çıxış etməsindən sonra baş verib.

Bundan sonra o, fəvvarənin necə işlədiyinin şahidi olmaq istəyib və özünü suyun altına verib.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00