​BMT-nin mənzil qərargahını taxtabitilər bürüyüb

Bakı. 24 iyun. REPORT.AZ/ BMT-nin Nyu-Yorkdakı mənzil qərargahının binasından əməkdaşların bir hissəsi təxliyyə edilib.

"Report" xəbər verir ki, bu haqda TASS xəbər yayıb.

Təxliyyəyə səbəb bir neçə ofisdə taxtabitinin aşkar edilməsidir.

Binanın 34-cü mərtəbəsində yerləşən BMT-nin sülhməramlı missiyasının texniki-material təchizat idarəsi həşəratlardan daha çox zərər çəkib. 

Qurumun mətbuat xidmətindən bildirilib ki, BMT-nin iki ofisini taxtabiti bürüyüb. 

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00