​ABŞ-da təyyarəni ildırım vurub - VİDEO

Bakı. 21 Avqust. REPORT.AZ/ ABŞ-ın Atlanta beynəlxalq hava limanında "Delta" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsini ildırım vurub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, öz reysinin enməsini gözləyən digər təyyarənin sərnişini bu məqamı videoya çəkib.

Videodan görünür ki, ildırım təyyarənin quyruq hissəsinə düşür. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Digər xəbərlər

Trampın reytinqi 40 faizi keçib 09 dekabr, 2025 / 18:00