Azərbaycan bankının rəhbəri Malta vətəndaşlığı alıb

Bakı. 3 yanvar. REPORT.AZ/ “Unibank” ASC-nin səhmlərinin təxminən 40%-nə nəzarət edən və Bankın Müşahidə Şurasının sədri olan Eldar Qəribov Malta vətəndaşlığı alıb.

“Report” bu barədə Malta mətbuatına istinadən xəbər verir.

Məlumata görə, azərbaycanlı bankirə vətəndaşlıq 2016-cı ildə, fərdi investisiya proqramı çərçivəsində verilib.