Ziyad Səmədzadə: "Dövlət büdcəsinə yenidən baxıla bilər"

Baki. 15 mart. REPORT.AZ/ 2018-ci ilin dövlət büdcəsinə Milli Məclisdə yenidən baxıla bilər.

"Report"un verdiyi xəbərə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. 

O bildirib ki, büdcəyə baxılması ölkə iqtisadiyyatının birinci rübünün nəticələrinədən asılı olaraq mümkündür. 

Onun sözlərinə görə, büdcəyə may ayında baxıla bilər. 

Digər xəbərlər