“Zəyəm Texnologiyalar Parkı”nın zərəri 66 %-dən çox artıb

“Zəyəm Texnologiyalar Parkı” ASC bu ilin yanvar-iyun aylarını 1,012 milyon manat zərərlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci in eyni dövrü ilə müqayisədə 66,4 % çoxdur.

Bu il yanvarın 1-nə “Zəyəm Texnologiyalar Parkı”nın aktivləri 21,261 milyon manat olub ki, bu da illik müqayisədə 13,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 23,8 % artaraq 12,351 milyon manata, balans kapitalı isə 12,3 % artaraq 8,91 milyon manata çatıb.

Xatırladaq ki, park 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib. Onun nizamnamə kapitalı 18,305 milyon manatdır.

"Zəyəm Texnologiyalar Parkı" ASC ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin nizamnamə kapitalında 30 aprel 2021-ci il tarixinə əsas pay “AZMADE GROUP” MMC-ə məxsus olub.

Abşeronda badam bağları salan və “Badam emalı zavodu”nu işə salmış “AzBadam” MMC “AZMADE Group” MMC şirkətlər qrupuna daxildir. Türkan qəsəbəsində yerləşən “AzBadam” MMC-yə məxsus “Badam emalı zavodu”nun tikinti-quraşdırması, metal konstruksiyası zavodda istehsal olunmaqla, "Zəyəm Texnologiyalar Parkı" tərəfindən həyata keçirilib.

Digər xəbərlər