Zaur Vəliyev: "Hesablama Palatasının əsas vəzifəsi qurumların fəaliyyətində məsuliyyətini artırılmasıdır"

Hesablama Palatasının əsas vəzifəsi ali audit orqanı kimi həm dövlət sektorunda olan büdcə təşkilatları, həm də dövlət vəsaitindən istifadə edən bütün qurumların fəaliyyətində məsuliyyətin artırılmasıdır.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının şöbə müdiri Zaur Vəliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Hesablama Palatası Auditorlar Palatası ilə birlikdə çox mühüm bir mövzunun müzakirəsini həyata keçirib: "Söhbət dayanıqlı inkişaf məqsədləri anlayışından gedir. Bu məqsədlər dünyanın qlobal çağırışı kimi həyatımızın hər bir istiqamətinə toxunur. Dayanıqlı inkişaf məqsədləri bundan əvvəl olan milli inkişaf məqsədlərinin davamıdır. Dünyanın bir çox ölkələri kimi Azərbaycan da buna qoşulub. Bu təşəbbüsün digərlərindən fərqi dövlət maliyyəsinin idarəetmə sistemi qarşısında yeni tələblərin müəyyən edilməsidir. Dəyişən dünyanın əsas tələbləri şəffaflıq və hesabatlılığın gücləndirilməsidir. Bu, ali audit qurumları qarşısında yeni məsuliyyət normasını müəyyənləşdirməklə yanaşı, icra strukturlarına və özəl sektora müəyyən məsuliyyət norması tələbi qoyur".

Digər xəbərlər