“Yunayted Kredit Bank”ın əmlakı hərraca çıxarılır

Avqustun 17-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Sumqayıt şəhəri, 5-ci mikrorayondakı 6/53 nömrəli binada yerləşən, ümumi sahəsi 140 kv.m. olan qeyri-yaşayış sahəsindən gedir. Əmlaka 280 min manat qiymət qoyulub.

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22