Yeni statistik məlumatların açıqlanması ərəfəsində qızıl ucuzlaşıb

Yeni statistik məlumatların açıqlanması ərəfəsində dünya bazarında qızılın qiyməti aşağı düşüb. 

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,18 % və ya 3,55 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1981,25 dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,49 % düşərək 1 unsiyası 23,78 ABŞ dolları təşkil edib.

İnvestorlar iqtisadiyyatın vəziyyətini, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) növbəti addımını qiymətləndirmək üçün ABŞ-da yeni makrostatistik məlumatların açıqlanmasını gözləyirlər.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46