Fevralın 14-ü “Yelo Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncağın gündəliyinə Bankın istiqrazlarınını buraxılması və digər məsələlər daxildir.
Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun səhmlərinin 96 %-i “Topaz Investments Limited” QSC-yə, 3,9 %-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1 %-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.