"Yelo Bank" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" bu barədə Bankın illik maliyyə (audit) hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, "Yelo Bank"ın səhmlərinin 96,02 %-nə nəzarət edən "Topaz İnvestments Limited" QSC payını 95,68 %-ə endirib.
Əvəzindən Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru Marina Kulişova payını 3,89 %-dən 4,22 %-ə, digər səhmdar "İSR Holdinq" MMC isə payını 0,09 %-dən 0,1 %-ə çatdırıb.
Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır.