​"YapiCredi Bank Azerbaijan" yeni "cash-in" bankomatları quraşdırıb

Bakı. 11 noyabr. REPORT.AZ/ "YapiCredi Bank Azerbaijan" QSC yeni "cash-in" tipli ödəniş bankomatlarını müştərilərin istifadəsinə verib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "cash-in" bankomatları vasitəsilə müştərilər kassaya yaxınlaşmadan kredit borclarını və "Worldcard" borclarını ödəyə, hesablarına pul köçürməsi əməliyyatlarını nağd pulla həyata keçirə bilərlər. Bu terminallardan yalnız bank müştəriləri istifadə edə bilərlər. "Cash-in" tipli ATM-lər "Əhmədli", "Nərimanov", "Metro Park", "28 May", "Səbail" filiallarında quraşdırılıb.

"YapiCredi Bank Azerbaijan" bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. 

Digər xəbərlər