“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin I rübünü 2,161 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayəsədə 5,4 dəfə çoxdur.
Yanvar-mart aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 12,604 milyon manat (illik müqayisədə 30,1 % çox), xərcləri 9,297 milyon manat (19,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 352 min manat (3,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 795 min manat (2,1 dəfə çox) təşkil edib.
Bu il aprelin 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 485,507 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 40,2 % çoxdur. Bunun 198,703 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30 % böyüyüb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 51,4 % artaraq 399,143 milyon manata, o cümlədən depozit portfeli 55 % artaraq 365,729 milyon manata, balans kapitalı isə 4,7 % artaraq 86,364 milyon manata çatıb.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.