“Yapı Kredi Bank (Azerbaijan)” Bakı Fond Birjasının birbaşa səhmdarı olub

Bakı. 30 may. REPORT.AZ/ Ləğv prosesində olan “Yapı Kredi Yatırım” MMC “Bakı Fond Birjası” QSC-dəki (BFB) payından imtina edib.

“Report” bu barədə Birjanın maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, şirkətin payını onun səhmdarı – “Yapı Kredi Bank (Azerbaijan)” QSC əldə edib. Bununla da, Bank BFB-nin birbaşa səhmdarı olub. 

Digər xəbərlər