Xəzər Universitetinin mənfəəti 10 % azalıb

Xəzər Universiteti 2022-ci ili 1,95 milyon manat mənfəətlə başa vurub.

"Report" xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 9,6 % azdır.

Ötən il Xəzər Universitetinin əsas əməliyyat gəlirləri 8,966 milyon manat (10,5 % çox), satışın maya dəyəri 4,925 milyon manat (19,5 % çox), digər fəaliyyət üzrə gəliri 98 min manat (14 % az) təşkil edib.

Universitetin kommersiya xərcləri 48 min manat (60 % çox), mənfi məzənnə fərqindən zərəri 90 min manat (2 dəfə çox), inzibati xərcləri 1,285 milyon manat (19,5 % çox), sair əməliyyat xərcləri 621 min manat (5,6 % çox), maliyyə xərcləri 108 min manat (33,3 % çox), gəlirdən çıxılan vergilər 39 min manat (1,5 % az) təşkil edib.

Bu il yanvarın 1-nə Xəzər Universitetinin aktivləri 18,007 milyon manat olub ki, bu da, illik müqayisədə 14,5 % çoxdur. Hesabat dövrünə universitetin öhdəlikləri 6,1 % artaraq 5,613 milyon manata, balans kapitalı isə 18,7 % artaraq 12,394 milyon manata çatıb.

Digər xəbərlər