Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycana gələn xarici vətəndaşların ötən il bank kartları ilə apardıqları əməliyyatların dəyəri 1 278,4 mln. manat təşkil edib.
“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar buraxılışına istinadən xəbər verir.
Məlumata görə, bu, 2017-ci illə müqayisədə 256 mln. manat və yaxud 25% çoxdur.
Təkcə dekabr ayında isə sözügedən göstərici 82,9 mln. manat olub ki, bu da illik müqayisədə 6% çoxdur.