“Xalq Sığorta”nın mənfəəti 38% azalıb

“Xalq Sığorta” ASC 2021-ci ili 5,029 milyon manat mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 37,6% azdır.

Ötən il “Xalq Sığorta”nın gəlirləri 38,029 milyon manat (əvvəlki ilə nisbətən 1,1% az), xərcləri isə 33 milyon manat (8,6% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Xalq Sığorta”nın aktivləri 80,343 milyon manat olub ki, bu da illik müqayisədə 6,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,6% azalaraq 26,125 milyon manata düşüb, balans kapitalı isə 10,2% artaraq 54,218 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Digər xəbərlər