"Xalq Həyat Sığorta" ASC-nin (ASS) İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
“Report” xəbər verir ki, bu vəzifə Orxan Əfəndiyevə həvalə olunub.
O, vaxtilə "Azərbaycan Sənaye Sığorta" ASC-nin İH-nin sədri, "A-Qrup Sığorta" ASC-nin İH-nin sədr müavini olub.
Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.