"Xalq Həyat Sığorta"nın mənfəəti 9 % artıb

“Xalq Həyat Sığorta" ASC 2023-cü ili 1,983 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 8,7 % çoxdur.

Ötən il “Xalq Həyat Sığorta"nın gəlirləri 10,698 milyon manat (əvvəlki ilə nisbətən 63,9 % çox), xərcləri isə 8,096 milyon manat (90,6 % çox), mənfəət vergisi ödəmələri isə 620 min manat (36 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta"nın aktivləri 31,665 milyon manat olub ki, bu da illik müqayisədə 15,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21,6 % artaraq 12,406 milyon manata, balans kapitalı isə 11,5 % artaraq 19,26 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.

Digər xəbərlər