​"Xalq Bank" nizamnamə kapitalını daha 7% artırıb

Bakı. 8 yanvar. REPORT.AZ/ “Xalq Bank" ASC nizamnamə kapitalının 211 646 490 manata çatdırılması üzrə proseduru sona çatdırıb. Nizamnamə kapitalı bankın 2014-cü ildə əldə etdiyi xalis mənfəət hesabına 7,4% artırılıb.

"Report" bu barədə Bankın yaydığı məlumata istinadən xəbər verir.  

Nizamnamə kapitalının artırılması haqda qərar səhmdarların 2015-ci il noyabrın 26-da Ümumi Yığıncağında verilib. "Xalq Bank" ölkə banklarının renkinq cədvəlində nizamnamə kapitalının həcminə görə 3-cü yerdə qərarlaşıb.

Digər xəbərlər