"Xalq Bank" ASC-nin səhmlərinin 16,5 %-inə nəzarət edən “Amal İnvest Group” MMC-nin payı “Foton” MMC-yə ötürülüb.
"Report" xəbər verir ki, bankın səhmlərinin 50 %-i əvvəlki qaydada "İdeal Business Ko"MMC-yə, 33,85 %-i isə "EuroStandard" MMC-yə məxsusdur.
Qeyd edək ki, daha əvvəl “Amal İnvest Group” MMC-nin fəaliyyətinə xitam verilərək “Foton” MMC-yə qoşulduğu elan edilmişdi.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır.