Bakı. 17 aprel. REPORT.AZ/ ABŞ-ın "Visa" beynəlxalq ödəniş sistemi Azərbaycanda "Google Pay" ödəniş xidmətinin tətbiqini planlaşdırır.
"Report" xəbər verir ki, bunu "Visa"nın Risklər Departamentinin rəhbəri Larisa Makarova deyib.
"Hazırda "Visa" Şimali Amerika, Avropa və Sakit Okean regionlarında "Google" şirkəti ilə tərəfdaşdır. Azərbaycanda maliyyə təşkilatları ilə əməkdaşlıq edirik və tərəfdaşlarımız buna hazır olan kimi "Google Pat" ödəniş xidmətinin ölkədə tətbiqi üçün dəstək göstərəcəyik", - deyə o, qeyd edib.