Vergilər Nazirliyində İsrailin Xarici İşlər Nazirliyinin rəsmisi ilə görüş keçirilib

Bakı. 5 iyul. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Mixael Lotem ilə görüşüb.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşdə Azərbaycan və İsrail arasındakı qarşılıqlı faydalı və çoxşaxəli münasibətlərin qurulduğu, bu münasibətlərin strateji xarakter daşıdığı qeyd olunub.

İki ölkənin rəhbərliyi səviyyəsində keçirilən görüşlərin dövlətlərarası münasibətlərin möhkəmləndirməsinə xidmət etdiyi, iqtisadi əməkdaşlığın miqyasının genişləndiyi, kommunikasiya, təhsil, elm və texnologiya sahələrində iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan-İsrail birgə komissiyasının fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsi çərçivəsində İKT, kənd təsərrüfatı, tibbi texnologiyalar, yeni innovasiyaların tətbiqi, habelə tələbə mübadiləsi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər