Venesuelada illik inflyasiya 445 000%-ə düşüb

Bu ilin iyun ayında Venesualeda qiymətlər 24,8% artıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (bir palatalı parlament) maliyyə komitəsinin üzvü Anxel Alvarado məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlinə nisbətən Venesuelada qiymət artımı 1 155%, illik müqayisədə isə 445 482% təşkil edir.

Venesuale son illər ciddi sosial-iqtisadi böhran keçirir. Bu ölkənin milli valyutası – bolivarın kəskin devalvasiyaya məruz qalması ilə nəticələnib. Beynəlxalq Valyuta Fondu bu ilin yekununda Venesuelada inflyasiyanın 10 000 000%-ə çata biləcəyini proqnozlaşdırır. 

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33