"Union Leasing" şirkətinin aktivləri 11% azalıb

Bakı. 30 avqust. REPORT.AZ/ “Union Leasing” ASC-nin aktivləri bu ilin əvvəlindən 11,36% azalaraq iyulun 1-nə 16,263 mln. manat təşkil edib. Bu müddətdə lizinq üzrə debitor borclar da 11,41% azalaraq 16,243 mln. manata enib. Digər qısamüddətli debitor borclar isə 4,56% artaraq 11,6 min manata çatıb.

“Report” bu barədə şirkətin yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Nizamnamə kapitalı dəyişməyərək 40 min manat təşkil edib. Cari il iyulun 1-nə şirkətin ödənilməmiş zərəri 5,777 mln. manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 11,71% azdır. Öhdəliklər 11,47% azalaraq 22,0 mln. manata enib. Uzunmüddətli kreditor borcları 2,55% azalaraq 19,454 mln. manat, digər kreditor borclar 1,9 dəfə azalaraq 2,546 mln. manat təşkil edib.

Xatırladaq ki, "Union Leasing" 2014-cü ildə yaradılıb. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.

Digər xəbərlər