Mayın 24-də, saat 11:00-da “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında - “Zoom” proqram təminatı vasitəsilə məsafədən olacaq.
Yığıncağın gündəliyinə "Unicapital İnvestisiya Şirkəti" ASC-nin investisiya qiymətli kağızlarının emitenti kimi 2023-cü il üzrə idarəetmə hesabatının, kənar auditdən keçmiş maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manat, təsisçisi 100 % "Unibank" ASC-dir.