Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 25-dək "Unibank" ASC-dən istehlak və yaxud mikrokredit götürənlər əsas məbləğin ödənişinə 3 aydan sonra başlayacaqlar. Üstəlik, kampaniya müddətində götürülən kreditlərin komissiya haqlarına da 50% endirim ediləcək.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Qeyd edək ki, ilkin olaraq fevralın 6-na qədər davam edən kampaniyaya əsasən, əsas məbləğin ödənişinə 3 aydan sonra başlamaqla yanaşı, kampaniya müddətində götürülən nağd və mikrokreditlərin illik faiz dərəcəsinə 2% endirim edilirdi.
“Unibank”dan krediti götürmək müştərilərə sığorta haqqının və zamin tələbinin olmaması kimi üstünlüklər verir. Kreditin maksimal məbləği 20 000 manatadək, maksimal müddəti 36 ayadəkdir. Kreditin aylıq minimal ödənişləri 19 manatdan başlayır.
Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq , “Unibank Mobile”dan, Bankın veb-saytından onlayn sifariş etməklə və ya “Unibank” filiallarına müraciət edərək əldə etmək mümkündür.