Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Unibank" ASC-nin 11,9 milyon manatlıq adi, adlı, sənədsiz səhmlərinin abunə yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca nominal dəyəri 2,72 manat olan 4,375 milyon ədəd səhm çıxarılıb.
Səhmlərə abunə yazılışı zamanı prosesin anderrayteri - "Unicapital İnvestisiya Şirkəti" ASC-yə 10 investor ümumi məbləği 11,9 milyon manat olan 10 sifariş təqdim etdiyindən yerləşdirmə tam baş tutub. Son nəticədə Bankın nizamnamə kapitalı 9,1% artaraq 130,686 milyon manatdan 142,586 milyon manata çatıb.