“Unibank"ın yeni səhmləri listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank" ASC-nin 6,8 milyon manat dəyərində yeni səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

"Report" Birjaya istinadən xəbər verir ki, səhmlər abunə yazılışı üsulu ilə yerləşdiriləcək.

Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.

Söhbət hər birinin nominal dəyəri 2,72 manat olan 2,5 milyon ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Digər xəbərlər