“Unibank” ASC bu ilin I yarısını 790 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 79,8% və yaxud təxminən 5 dəfə azdır.
Yanvar-iyun aylarında “Unibank”ın gəlirləri 99,743 milyon manat (illik müqayisədə 36,8 % çox), xərcləri 90,736 milyon manat (48,9 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 8,217 milyon manat (1,9% çox) təşkil edib.
Bu il iyulun 1-nə “Unibank”ın aktivləri 1 143,038 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28 % çoxdur. Bunun 749,281 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,3 % böyüyüb.
Hesabat dövründə “Unibank”ın öhdəlikləri 30,4 % artaraq 1 037,071 milyon manata, o cümlədən depozit portfeli 27,5 % artaraq 789,616 milyon manata, balans kapitalı isə 8,9 % artaraq 105,968 milyon manata, o cümlədən nizamnamə kapitalı 4 % artaraq 130,686 milyon manata çatıb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.