"Unibank"ın depozit kampaniyası davam edir

Bakı. 11 dekabr. REPORT.AZ/ Bankda əmanət hesabı açmaq və öz vəsaitini bu hesaba yatırmaq təkcə təhlükəsizlik və faiz artımı üçün deyil. Əmanət həm də gələcəyə sərmayə qoyuluşu deməkdir. Övladlarınız, əzizləriniz üçün inkişaflı gələcək planlarını Unibankla qurun! Bankın depozit kampaniyasından faydalanın ki, pulunuz sizə yüksək gəlir gətirsin. Unibankın +2% hədiyyə depozit kampaniyası hələ ki davam edir.30 dekabradək Unibanka manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2% hədiyyə ediləcək. Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 12%-ə, “Yığım” və “Proqressiv” depozitinin faiz dərəcəsi ilə illik 10%-ə yüksəlib.

Bundan başqa, indi Unibankda manatda əmanət hesabı açanlar, əmanətin 1 illik faizini elə hesab açdıqları gün də götürə bilirlər. Bankın manat valyutasında “Faizlər əvvəlcədən” adlı yeni əmanət növündə müştəriyə əmanət üzrə hesablanmış faizləri əmanət hesabını açdığı gün götürmək imkanı verir. Əmanətin illik faiz dərəcəsi 9%-dir (7% + 2% hədiyyə).

Unibankda əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?

Digər xəbərlər

Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06