“Unibank”ın 5 milyon manatlıq səhmi satılıb

Dekabrın 16-da "Bakı Fond Birjası" QSC-də “Unibank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə bir neçə əqd bağlanılıb.

"Report" Birjaya istinadən xəbər verir ki, əqdlər bankın 1 milyon 737 min 887 səhminin realizə edilməsini nəzərdə tutur.

Qiymətli kağızlar nominal dəyərinə - hər biri 2,72 manata realizə edilib. Başqa sözlə, “Unibank”ın səhmlərinə görə ümumilikdə 4 milyon 727 min 052,64 manat ödənilib.

Məlumata görə, səhmlərin yerləşdirilməsi bankın kapitalının artırılması ilə bağlıdır.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Digər xəbərlər