Bu ilin iyun ayında Türkiyənin Azərbaycana ixracının dəyəri 184,047 milyon ABŞ dolları təşkil edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 % çoxdur.
Yanvar-iyun aylarında isə Azərbaycan qonşu ölkədən 1 milyard 042,399 milyon ABŞ dollarlıq əmtəə və xidmət idxal edib. Bu isə illik müqayisədə 7,3 % çoxdur.
6 ay ərzində Türkiyədən ən çox ixrac 9 milyard 763 milyon ABŞ dolları olmaqla Almaniyaya (14 % çox), 7 milyard 367 milyon ABŞ dolları olmaqla ABŞ-a (24,8 % çox) və 6 milyard 154 milyon ABŞ dolları olmaqla Böyük Britaniyaya (2,5 % çox) həyata keçirilib. Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 19,4 % artaraq 114 milyard 004,8 milyon ABŞ dollara çatıb.