Bu ilin I rübündə Türkiyədən Azərbaycana isə 39,9 milyon ABŞ dolları pul köçürülüb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 % çoxdur.
Son 1 ildə Türkiyədən daxil olan pul baratlarının ümumi pul köçürmələrində payı 7,2 %-dən 13,6 %-ə çatıb.
Bundan başqa, yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 38,6 milyon ABŞ dolları pul köçürülüb. Bu isə 1 il əvvələ nisbətən 13,1 % çoxdur.
Hesabat dövründə Azərbaycandan Türkiyəyə daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı 25,8 %-dən 29,4 %-ə çatıb.