Bu ilin yanvar-iyul aylarında Türkiyədə Azərbaycan kapitallı 124 yeni şirkət yaradılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,9 % azdır.
“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.
Məlumata görə, yanvar-iyul aylarında yaradılmış şirkətlərin 15-i (illik müqayisədə 44,4 % az) səhmdar cəmiyyət (SC), 109-u isə (12,1 % az) məhdud məsuliyyətli cəmiyyət (MMC) olub.
Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 88,690 milyon türk lirəsi (4,435 milyon ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 46,9 % azdır. Bunun 82 %-ini və yaxud 72 milyon 715 min türk lirəsini (3,636 milyon ABŞ dolları) sırf Azərbaycan vətəndaşları təmin edib. Bu, 2023-cü ilin 7 ayı ilə müqayisədə 2,1 dəfə azdır.
Təkcə iyulda isə Azərbaycan vətəndaşları Türkiyədə 13 şirkət (illik müqayisədə 38,1 % az) yaradıb. Yeni şirkətlərin 1-i SC (6 dəfə az), 12-si MMC (20 % az) olub.
Ümumi kapitalı 7,810 milyon türk lirəsi (390,5 min ABŞ dolları: 31,6 % az) olan ortaq şirkətlərin kapitalının 96,5 %-i və yaxud 7,540 milyon türk lirəsi (377 min ABŞ dolları; 18 % az) azərbaycanlılara məxsus olub.
1 türk lirəsi = 0,05 ABŞ dolları