Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərə investisiya 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşlarının iştirakı ilə Türkiyədə 244 şirkət yaradılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24 % azdır.

“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, bu il yaradılmış şirkətlərin 38-i (illik müqayisədə 22,4 % az) səhmdar cəmiyyət (SC), 206-sı isə (24,3 % az) məhdud məsuliyyətli cəmiyyət (MMC) formasındadır.

Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 453 milyon 560 min türk lirəsi (13 milyon 607 min ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur. Bunun 77,7 %-ni və yaxud 352 milyon 248 min türk lirəsini (10 milyon 567 min ABŞ dolları; 2,8 dəfə çox) sırf Azərbaycan vətəndaşları təmin edib.

Təkcə bu ilin noyabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 20 şirkət (illik müqayisədə 44,4 % az) yaradıb. Şirkətlərin 2-si SC (2,5 dəfə az), 18-i MMC (41,9 % az) olub. Ümumi kapitalı 17 milyon 590 min türk lirəsi (528 min ABŞ dolları; 25 % az) olan ortaq şirkətlərin kapitalının 59,2 %-i və ya 10 milyon 417 min türk lirəsi (313 min ABŞ dolları; 6,1 % az) azərbaycanlılara məxsus olub.

Digər xəbərlər