Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 634 milyon ABŞ dolları, yaxud 0,7% azalaraq 88,92 milyard ABŞ dolları təşkil edib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 32,87 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,57 milyon ABŞ dolları, yaxud 5% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,2 milyard ABŞ dolları, yaxud 3,8% azalaraq 56,05 milyard ABŞ dolları təşkil edib.