Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Türkiyə Mərkəzi Bankı cümə axşamı uçot dərəcəsini 8,5 % səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin iclasının yekunlarına dair məlumatında deyilir.

“Pul-Kredit Siyasəti Komitəsi uçot dərəcəsinin 8,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib”, - açıqlamada deyilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi, ABŞ və Avropanın atdığı addımlara baxmayaraq, o, hakimiyyətdə olduğu müddətdə Türkiyə uçot dərəcəsini artırmayacaq.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46