Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
“Report” türk mətbuatına istinadən xəbər verir ki, uçot dərəcəsinin 24% səviyyəsində saxlanılmasına qərar verilib.
Qeyd edək ki, bu il sentyabrın 13-də keçirilən iclasda verilən qərara əsasən, uçot dərəcəsi 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılıb.